Bəzən ehtiyac olmadıqda belə endirimlər insanları alış-verişə sövq edir.
Gent.az endirimlərdən daha səmərəli yararlanmaq üçün bəzi üsulları təqdim edir.
Ehtiyaclarınızı sıralayın
Bu, sadəcə endirimlər deyil, bütün alış-verişləriniz üçün çox vacib bir maddədir. Böyük endirimlər, əsasən, əvvəlcədən müəyyən edilir. Bütün ehtiyaclarınızı qeyd edin və endirim günlərini gözləyin. Siyahını əvvəldən hazırlamasanız, alış-veriş zamanı çətinlik yaşaya bilərsiniz.
Nə almaq istədiyinizə tam əmin olun
Əgər brend paltarlar almaq istəyirsinizsə, endirim başlamazdan əvvəl mağazalara gedərək məhsulları sınayın. Məhsulun cari qiymətini götürüb endirimlə müqayisə edin. Endirim günü o izdihamlı mağazalara getmək əvəzinə, evinizdən sifariş verə bilərsiniz.
Mağazaları müqayisə edin
Fərqli brendlərdən məhsullar almaq istəyirsinizsə, onların hər birinin endirimlərini müqayisə edib, sizin üçün ən ucuzunu seçə bilərsiniz. Qiymətlərini müqayisə edərkən kosmetika məhsullarında çəkiyə də fikir verməyi yaddan çıxarmayın.
Onlayn alış-verişə üstünlük verin
Endirim zamanlarında mağazalara olan insan axınından xilas olmaq üçün ən yaxşı vasitə onlayn alış-veriş etməkdir. Bu həm vaxt itkisini azaldacaq, həm da daha rahat olacaq.
Səbətinizi əvvəlcədən hazırlayan
Onlayn alış-verişin digər rahat və asan cəhəti də endirimdən əvvəl istədiyimiz məhsulları səbətə daşıya bilməyimizdir. Səbətinizi endirimə bir neçə saata qalmış hazırlasanız, alış-verişinizi stress olmadan başa vura bilərsiniz. (Lent.az)