Pikassonun sevgilisinin portreti 103 milyon dollara satıldı

Şopinq1 dəq oxu
Pikassonun sevgilisinin portreti 103 milyon dollara satıldı

Nyü-Yorkun “Christie's” auksionunda Pablo Pikassonun “Pəncərənin yanında outran qadın” əsəri 103,4 milyon ABŞ dolları müqabilində satılıb.

Məlumata əsasən, auksion 19 dəqiqə davam edib.

1932-ci ilə aid əsərdə rəssamın sevgilisi və ilham pərisi olmuş Mari-Tereza Valter təsvir olunub. 17-yaşlı Valter rus balerinası Olqa Xoxlova ilə evil olan 45 yaşlı Pikassonun sevgilisi olur. 1935-ci ildə Mari-Tereza rəssamın qızı Mayanı dünyaya gətirir. 1936-cı ildə Pikassonun Dora Maar adlı yeni sevgilisi peyda olur. Bundan sonar araları dəysə də Pablo və Mari dost olaraq qalırlar. Pikassonun ölümündən 4 il sonar Valter özünü öldürür.

Qeyd etmək lazımdır ki, bundan əvvəl bu əsəri 2013-cü ildə satışa çıxardıblar. O zaman portret 45 milyon dollar satılmışdı.

Hal-hazırda Pikassonun 5 əsəri 100 milyondan artıq qiymətə satılıb. Rekorda isə rəssamın “Əlcəzair qadınları” əsəri sahibdir. 2015-ci ildə o, 179,4 milyon dollara satılıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan