İtaliyalı rəssam Salvatore Qarau uğurlu satış həyata keçirib.
Onun “Mən varam” əsəri “görünməz heykəldir”. Bu heykəli 15 min avroya (18 min dollara) alıblar.
Qeyri-adi lot “Art-Rite” auksionunda satılıb. Kolleksionerə pulu havaya sovurmadığının sübutu kimi müvafiq sertifikat təqdim edilib.
Qarau qeyd edib ki, onun əsərini 150-nin 150-yə genişliyi olan məkanda saxlamaq lazımdır.
Onun sözlərinə görə, boşluq – enerji ilə dolu olan boyutdur.
“Əgər biz bütün boyutu boşaltsaq və orada heç nə qalmasa, Heyzenberqin qeyri-müəyyənlik nəzəriyyəsinə əsasən, heçnə də öz çəkisinə malikdir. Buna görə də onun enerjisi var.
Və bu enerji kondensasiya olaraq hissəciklərə, qısa sözlə bizlərə çevrilir! Mən qeyri-maddi heykəli təqdim edəndə bu boyut müəyyən sayda və sıxlıqda fikirləri müəyyən nöqtədə cəmləşdirəcək.
Beləliklə də fikirlərdən asılı olaraq mənim heykəlim müxtəlif formalar ala biləcək. Bəs biz özümüz görmədiyimiz Yaradana forma vermirik?”, - deyə rəssam əsərinin mahiyyətini izah etməyə çalışıb/