Bu barədə Yadigar Mahmudzadə məlumat verib.
Gent.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri "İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib ki, orta, kiçik tibb heyəti üçün hazırda tədbirlər görülür:
"Yəqin ki, yaxın vaxtlarda onlar üçün də həvəsləndirici əlavələr veriləcək”.
Y.Mahmudzadənin sözlərinə görə, bu əlavələr vəzifə maaşları və staja görə əlavələr istisna olmaqla, nəzərdə tutulub.