Daha bir tanınmış sima vəfat etdi
Görkəmli hərbi və dövlət xadimi, general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

O, 98 yaşında dünyasını dəyişib.
Gent.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, T.Ağahüseynov 1923-cü il fevralın 1-i Şəkidə anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib.
O, 1997-ci ilin aprelin 17-dən 2002-ci ilin aprelin 2-dək Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, sonrakı dönəmlərdə müxtəlif vəzifələrdə çalışıb.







