20 sentyabra olan hava proqnozu açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açqıqlanıb.

Sosial1 dəq oxu
20 sentyabra olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gent.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan