Sabah Bakıya yağış yağacaq

Noyabrın 2-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəldikdə, noyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.







