XI Çağırış Kubokunun Bakı seçim turu baş tutdu

Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»-nun təşkilaçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib.

Sosial1 dəq oxu
XI Çağırış Kubokunun Bakı seçim turu baş tutdu

100-ə yaxın gəncin iştirak etdiyi oyunda gərgin mübarizə iki mərhələ olaraq təşkil edilib.

Gent.az xəbər verir ki, seçim turunda müxtəlif ali məktəblərin tələbələrindən ibarət komandalar yarışıb. Rəqiblərindən üstün oyun nümayiş etdirən «Nirvana», «Replicants», «Synaps» komandaları ilk üç yerin sahibi olub.

Onlar ayın sonunda keçiriləcək final oyununa vəsiqə qazanıb. XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları bu ilin noyabr-dekabr ayları ərzində baş tutub. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi Bakıda təşkil olunacaq.

Turnirlə bağlı bütün suallara cavabları klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.

XI Çağırış Kubokunun Bakı seçim turu baş tutdu — şəkil 1

XI Çağırış Kubokunun Bakı seçim turu baş tutdu — şəkil 2

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan