XI Çağırış Kubokunun qalibləri məlum oldu - FOTOLAR

Dekabrın 26-da Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilaçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XI Çağırış Kubokunun finalı baş tutub.

Sosial1 dəq oxu
XI Çağırış Kubokunun qalibləri məlum oldu - FOTOLAR

25 komandanın iştirak etdiyi tədbir dövlət himninin səslənməsi və İkinci Qarabağ müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb.

Gent.az xəbər verir ki, “Xəzər İntellektual Gənclər Klubu”nun yaranmasının 20 illik yubileyinə həsr olunmuş layihənin final oyununda üç müxtəlif mükafat uğrunda komandaların gərgin mübarizəsi baş tutub. Yekunda rəqiblərindən üstün oyun nümayiş etdirən “Diplomat” komandası XI Çağırış Kubokunun, “Replicants” komandası tələbə kubokunun, “İsmayıllı İntellektual Oyunlar Klubu”nun komandası isə “Region kuboku”nun sahibi olub.

XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Layihənin seçim turları bu ilin noyabr-dekabr ayları ərzində baş tutub.

Klubun fəaliyyəti və oyunları ilə bağlı məlumatları sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.

XI Çağırış Kubokunun qalibləri məlum oldu - FOTOLAR — şəkil 1

XI Çağırış Kubokunun qalibləri məlum oldu - FOTOLAR — şəkil 2

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan