Sabah bu ərazilərə qar yağacaq

Sosial1 dəq oxu
Sabah bu ərazilərə qar yağacaq

Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütununda 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan