Sabahın hava proqnozu açıqlandı

Sosial1 dəq oxu
Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gundem.az xəbər verir ki, mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq.

Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında  isə əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan