Azərbaycanda uşağı ola bilməyən ailələrə şad xəbər
Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Gent.az xəbər verir ki, o bildirib ki, sonsuzluğun müalicəsi hələ ki xidmətlər zərfinə daxil edilməyib.
“Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, - deyə Z.Əliyev vurğulayıb.(medicina.az)







