Sabah hava yağmursuz olacaq

Sosial1 dəq oxu
Sabah hava yağmursuz olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan