Sabah 36 dərəcə isti olacaq

Sosial1 dəq oxu
Sabah 36 dərəcə isti olacaq

İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan