Veteranlara verilən pulun məbləği artırılacaq

İndiyədək 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb edilib.

Sosial1 dəq oxu
Veteranlara verilən pulun məbləği artırılacaq

Bunu Əmək və əhalinin sosial siyasət naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Gent.az xəbər verir ki, onun sözlərinə görə, gələcəkdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb olunacaq.

"Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq", - nazir deyib.

O eyni zamanda müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə aydınlıq gətirərək deyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində baxılacaq.(Xəzər Xəbər)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan