Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Gent.az xəbər verir ki, onun sözlərinə görə, qiymətlərdəki bu eniş hələ də davam edir. Buna görə də qiymət artımının olacağı məsələsi hələlik şübhə altındadır:
"Un və un məmulatları və digər ərzaq məhsullarında qiymət artımının olacağı ilə bağlı hazırkı vəziyyətdə fikir bildirmək mümkün deyil.
Digər ərzaq məhsullarının qiymətinə gəldikdə isə müəyyən faktorlardan asılı olaraq qiymətlərdə artımı müşahidə edə bilərik. Buna səbəb mövsümü bitmiş məhsullar, eyni zamanda artıq dünya ölkələrinin taxıl əkininə yer ayırmasıdır.
Həmçinin inflyasiyanın daha çox təsir etdiyi məhsullardan biri istifadə olunan qida yağlarıdır. Onlar inflyasiyaya həssas olan ərzaq məhsulları qrupuna daxildir. Çünki əkin sahələrinin azalması ilə digər ərzaq məhsullarının qiymətində artım gözlənilə bilər", - deyə E.Əmirov qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə qiymət artımı ilə bağlı yaranan narahatlıq müvəqqəti xarakter daşıyır.(Bizim.Media)