Bu barədə "The Guardian" xəbər verir.
Gent.az xəbər verir ki, uşaq təxminən altı aylıq olanda anası atasına qızları ilə birlikdə İtaliyaya köçməyi planlaşdırdığına dair məktub qoyub.
2015-ci ilin sentyabrında uşağın atası qadın və uşağı bir neçə dəfə Attendornda görüb və bu barədə qəyyumluq orqanlarına məlumat verib. Xidmətin əməkdaşları alman qadının valideynlərini dindiriblər, lakin onlar ana və qızın Almaniyanı tərk etdiyini təsdiqləyiblər. Bir neçə ildir ki, polis uşağı tapmağa çalışsa da, izi yalnız 2022-ci ildə əldə edə bilib.
Məlum olub ki, qız heç vaxt ölkəni tərk etməyib, anasının valideynlərinin yanında olub və onlar onu evdən çölə buraxmayiblar.
Polis uşağın bədənində heç bir zorakılıq izi tapmayıb, lakin qız fiziki cəhətdən zəif inkişaf edib və təkbaşına pilləkənlərə belə qalxa bilmir.
Uşağın anası, nənəsi və babası azyaşlıya qarşı amansız davranışda və onu qanunsuz azadlıqdan məhrumetmədə ittiham olunublar. Uşağı uzun illər niyə qapalı saxladıqları isə məlum deyil.(big.az)