Sabaha olan hava proqnozu

Sosial1 dəq oxu
Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan