Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Gent.az xəbər verir ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi.
O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışmışdı. 2017-ci ildən ATU-nun I Uşaq Xəstəlikləri kafedrasına rəhbərlik edirdi.
S.Həsənov 200-dən artıq elmi məqalənin, o cümlədən 10 metodik tövsiyənin, 3 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifi idi.(manşet.az)