Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

Sosial1 dəq oxu
Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

Avqustun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, səhər 15-20 m/s, axşam arabir 23-25 m/s-dək güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək .Lakin gündüz əsasən şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

    Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

    Oxşar məqalələr

    Hamısı

    Ən çox oxunan