Sabah 15 dərəcə isti olacaq - PROQNOZ

Sosial1 dəq oxu
Sabah 15 dərəcə isti olacaq - PROQNOZ

Yanvarın 4-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.  

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan