Sabah qış üçün gözlənilməz hava olacaq - PROQNOZ

Sosial1 dəq oxu
Sabah qış üçün gözlənilməz hava olacaq - PROQNOZ

Yanvarın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.  

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. 

Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.  
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, 
dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan