Yağış, qar, güclü külək - Sabahın HAVASI

Sosial1 dəq oxu
Yağış, qar, güclü külək - Sabahın HAVASI

Yanvarın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm  civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. 
 
 Azərbaycanın rayonlarında
 hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi,  dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan