Bu ərazilərdə qaz kəsiləcək

Sosial1 dəq oxu
Bu ərazilərdə qaz kəsiləcək

Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31 yanvar 2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Gent.az  xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr, 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan