Heydər Əliyev prospektində 38 saat hərəkət məhdudlaşdırılacaq

Sosial1 dəq oxu
Heydər Əliyev prospektində 38 saat hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

AAYDA-dan verilən xəbərə görə, 8 mart saat 09:00-dan 9 mart  saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan