Ofisdə başqa işlərə nə qədər zaman sərf etmək normal sayılır?
ABŞ-ın Milli iqtisadi araşdırmalar bürosu hesab edir ki, buna ən azı yarım saat tələb olunur.
Onların fikrincə, ofis əməkdaşları hər gün yarım saatdan 50 dəqiqəyədək işlə bağlı olman şeylərlə məşğul olur. İş günü nə qədər uzundursa, bu müddət daha da artır. İnsan sosial şəbəkələr, qiybətə və s.şeylərə çox zaman sərf edir. Ona görə də, daha çox çatdırmaq istəyirsənsə ofisdə daha az zaman keçirməlisən.
Məsələn, İsveçdə bir çox şirkət artıq altısaatlıq iş rejiminə keçib. Lakin rəhbərlər öz işçilərindən bu zaman ərzində sosial şəbəkələrdən, smartfonlardan itmina etməyi xahiş edir.
Qeyd etmək lazımdır ki, hal-hazırda Beynəlxalq əmək təşkilatı iki məsələ haqqında düşünür.
Birincisi: Dördgünlük iş həftəsinə keçmək.
İkincisi: İsveçdəki kimi iş günün altı saata endirmək.
Əmin olun ki, bu məsələlər qəbul edilsə, işin keyfiyyəti bütün dünya üzrə artacaq. Çünki insanlar bu zaman ərzində yorulmur və öz öhdəliklərinə daha ciddi yanaşır.