Bir çox insan az da olsa özünü göstərməyi xoşlayır.
Günümüzdə də bir-birimizin gözünə toz üfürməyi sevirik.
Lakin vaxt var idi ki, indi bizə gülməli gələn şeylər üçün insanlar böyük miqdarda pul xərcləyirdilər. Sizə onlardan bir neçəsini təqdim edirik.
İCQ-da gözəl görünən nömrələr
Öz vaxtında İCQ “Telegram” və “WhatsApp” kimi sosial şəbəkələri əvəz edirdi. Sən öz nömrəni tanıdığın və hətta tanımadığın qızlara verə bilirdim. “Beşrəqəm” adlandırılan nömrələr insana hörmət gətirir və heç vaxt imtina edilmirdi.
O nömrələrə görə insanlar əlində olan son qəpiyini verməyə hazır idi.
Vizit kartları
Qızıl suyuna batırılmış, rəngəbərəng, gözəl görünümlü vizit kartları “Ferrari” açarı kimi qlamur həyat göstəricisi idi. Bu kartlar sizin ciddi iş adamı olduğunuzu göstərirdi.
Varlılar üçün tətbiqlər
İndi inanmaq çətin olsa da, smartfonların təzə çıxdığı vaxtlarda telefonların sahiblərinin küləyə pul səpələdiklərini sübut edən tətbiqlər var idi. Məsələn, iOS üçün “I Am Rich” yükləməsinin qiyməti 999,99 ABŞ dolları idi. 2008-ci ildə çıxan bu tətbiqi yüklədikdə smartfonun ekranında sadəcə qırmızı rəngdə bahalı daşın şəkli çıxırdı. Bundan başqa tətbiq heç nəyə yayramırdı.
Paltarın üzərində nəhəng leybllər
10 il öncə paltarın üzərində nəhəng Gucci, Versace, Prada və Armani insanın imkanlı olmasının göstəricisi idi. Bu baxımdan üzərində Calvin Klein və ya başqa brendin yazısı olan alt paltarları daha dəyərli idi. Adamlar az qalırdı ki, onları şalvarın üzərindən geyinə.
Pulqabı
Yekə, qırağından dollar əskinazı görsənən təmiz dəridən pulqabı. Bu hər bir imkanlı kişinin arzusu idi...İndi isə hər şeyi bu “zibilə qalmış” kartla ödəyirik. Bəs özümüzü kimə göstərək?
Qızıl üzüklər və dişlər
Qızıl sevgisi əsasən Sovet dönəmindən çıxmış müsəlman ölkələrinə xas olan birt artibut idi. Açığı bəzi bölgələrimizdə bu dəb hələ də davam edir. Üzükləri hardasa başa düşmək olardı. Lakin insanlar tez-tez qızıl diş taxmaq üçün sağlam dişlərini qurban verirdilər.
“Vertu” telefonları
Və nəhayət hər birimizə tanış olan “Nokia” telefonunun “Vertu” telefonları. 2000-ci illərdə bu qızıldan və platindən düzəldilmiş və üzəri bahalı daş-qaşla bəzədilmiş telefonlar bir çox funksiya baxımından öz rəqiblərinə uduzurdu. Lakin belə telefon cibdən çıxdıqda bütün diqqət ona cəmləşirdi.