Maqnit fırtınasının insanlara təsiri

Bu məqalədə maqnit fırtınlarının insan orqanizminə, xüsusən də hansı orqana və ya orqanlar sisteminə təsir etdiyi və kimlərin buna məruz qaldığı barədə söhbət açacağıq.

Tibb4 dəq oxu
Maqnit fırtınasının insanlara təsiri

Bu məqalədə maqnit fırtınlarının insan orqanizminə, xüsusən də hansı orqana və ya orqanlar sisteminə təsir etdiyi və kimlərin buna məruz qaldığı barədə söhbət açacağıq.

Maqnit fırtınası nədir

Maqnit fırtınasının insanlara təsiri — şəkil 1

Yer planeti maqnitosfer vasitəsi ilə Günəş küləyi ilə təmas edir. Nəticədə maqnit fırtınaları yaranır. Onların yaranmasına zəmin yaradan amillər:

Günəşin maqnit örtüyünün güclənməsi

Günəşin qütblərində tərəfinfən tezləşən və güclənən fəal plazma atışları

Günəşin səthində hissəcikləri kosmosa nəql olan plazma partlayışları

Yerin maqnit sahəsinə çatan plazma hissələrinin toqquşub titrəşimlər yaratması (məhz onlara maqnit fırtınası deyilir).

Adətən bu fırtınalar 2-3 saatdan bir neçə günədək davam edir. Sevindirici haldır ki, alimlər artıq onların nə vaxt başlayacağını müəyyən edə bilirlər.

Onlar Günəşin fəliyyətinə nəzarət edir və təhlil məlumatları əsasında proqnoz hazırlayırlar. İl ərzində ən azı 2, maksimal olaraq isə 50-dək maqnit fırtınası baş verə bilər.

Maqnit fırtınası insana necə təsir edir

Maqnit fırtınasının insanlara təsiri — şəkil 2

Meteoasılı insanlar maqnit fırtınalarının onların durumuna və ümumiyyətlə orqanizminə necə təsir etdiyini təfərrüatlı şəkildə izah edə bilərlər. Bəşəriyyətin təxminən 70%-i bu hadisə qarşı yüksək hissiyatlılığa malikdir.

Maraqlı fakt: bəzi insanlar maqnit fırtına bitdikdən sonra onun mənfi təsirini hiss edir, digərləri – fırtına zamanı, üçüncüləri isə onu öncədən hiss edir.

Maqnit fırtınası özünü necə biruzə verir

Maqnit fırtınasının insanlara təsiri — şəkil 3

Meteoasılı insanlar onların səhhətinə mənfi təsir göstərən bor sıra simptom hiss edir:

xroniki xəstəliklərin kəskinləşməsi (adətən yaşlı insanlarda)

yuxusuzluq və ya əksinə aşırı yorğunluq

arterial təzyiqin oynaması

gücsüzlük, süstlük

görmə qabiliyyətinin pisləşməsi

qulaqda səslər

aşırı qıcıqlanma

gözlərin qaralması

emosonal baxımdan qeyri-sabitlik

ürək əzələlərinin yığılma tezliyinin sürətlənməsi

oynaq ağrıları (xüsusən yaşlılarda)

parlaq işığa və yüksək səsə kəskin reaksiya

baş gicəllənməsi

miqrenlər və bərk baş ağrıları

Maqnit fırtınası zamanı nə etmək lazımdır

Maqnit fırtınasının insanlara təsiri — şəkil 4

Əgər maqnit fırtınasına qarşı həssassınızsa onun mənfi təsirlərində tam xilas ola bilməyəcəksiniz. Lakin onun təsirini zəiflətmək mümkündür.

Əgər terpaiya keçirsinizsə həkimlə maqnit fırtınası zamanı verilən dozadan artıq dərman qəbul etmək barədə məsləhətləşin.

Neyrosirkulyar distoniyadan əziyyət çəkən insanlar bu dövrdə diuretiklər qəbul etməlidir.

Ateroskleroz, beynin sirkulyar hipoksiyası, boyun osteoxondrozu fəsadları diaqnozu qoyulmuş insanlar beyində qan dövranını yaxşılaşdıran dərman preparatları qəbul etməlidirlər. Bundan əlavə boyun nahiyyəsinin masajı da müsbət təsir verə bilər.

Əgər qanın laxtalanması ilə bağlı problem yaşayırsınızsa və ya maqnit fırtınası zamanı tromobositlərin funkasiyası fəallaşırsa, mütləq Aspirin için.

İşemik ürək xəstəliyi zamanı prolonqlaşdırılmış nitratların dozasının artırılması məsləhət görülür.

Maqnit fırtınası zamanı vitamin C-li preparatların dozasını artırın. Çünki hadisə zamanı bu vitamin orqanizmi gücləndirilmiş şəkildə oksidləşdirir və balansın bərpası üçün antioksidan vəsait tələb olunur.

Yaşayış yerini tez-tez havalandırın. Təmiz havada daha çox vaxt keçirməyə çalışın.

Maqnit fırtınası zamanı təyyarə və metroya minməyin, çünki bu zaman təzyiq oynaya bilər.

Fırtına zamanı vəziyyətinizin pisləşdiyini gördükdə dərhal həkimə müraciət edin.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan