Ürəktutması: risk amilləri, simptomlar

Tibb dilində desək – ürəktutması ürək əzələsinin bir hissəsinin lazımı qədər qanla təmin olunmaması nəticəsində ölməsi anlamına gəlir.

Tibb3 dəq oxu
Ürəktutması: risk amilləri, simptomlar

Tibb dilində desək – ürəktutması ürək əzələsinin bir hissəsinin lazımı qədər qanla təmin olunmaması nəticəsində ölməsi anlamına gəlir.

Tez-tez onu infarkt və ya koronar tromboz adlandırırlar. Qayda olaraq, həkimlər qeyd edir ki, ürəktutması düz qidalanmayan, az hərəkət edən və streslə mübarizə apara bilməyən insanlarda baş verir.

Ürəktutması ürək əzələsini qanla qidanlandıran damarlardan birinin tormbla tıxanması nəticəsində baş verir. Tromb kifayət qədər böyü olduqda bütün ürəyi qan təminatından məhrum edə bilər. Bundan əlavə, ürəktutmasına səbəb miokardı – ürək əzələsini qidalandıran arteriyanın spazmı səbəb ola bilər. Adətən bu spazm stress nəticəsində baş verir.

Risk amilləri

Ürəktutması baxımından başlıca risk amili yaş həddi sayılır. Adətən infarkt 45 yaşdan yuxarı kişilərdə və 55 yaşdan yuxarı qadınlarda müşhaidə olunur.

Stenokardiya tutması (ürək əzələsinin qidalanma çatışmazlığı). Tez-tez infarktı stenokardiya ilə səhv salırlar, çünki onların bənzər simptomları var: sinədə ağrı, təngənəfəslik hər iki halda müşahidə edilir. Lakin stenokardiyanın simptomları xüsusi preparatların qəbulu vasitəsi ilə 15-30 dəqiqəyə yox olur, infarkt zamanı isə bunun təsiri olmur.

Qanda yüksək xolesterin səviyyəsi və ya ateroskleroz. Bu zaman trombların yaranması və damarlarda qanın axışının dayanması riskləri yüksək olur.

Diabet

Hipertoniya

Yağlı qida

Piylənmə

Siqaet çəkmək

Fiziki fəallığın olmaması

Stress

Genetik meyillik

“Sakit infarkt” nə deməkdir?

75 yaşdan yuxarı olan və diabetdən əziyyət çəkən insanlarda “sakit infarkt” baş ver bilər. Bu zaman insan sinə nahiyyəsində ağrı hiss etməyə bilər. Bu infarktlardan hər beşindən biri diaqnoz edilmir. “Sakit infarkt” yaşamış insanların ürək əzələsinin sıradan çıxması inkişaf edir, çünki o müəyyən edilmir və müalicə olunmur.

Ürəktutmasının simptomları

Döş qəfəsində diskomfort hiss, sancılı ağrılar

Öskürək

Baş gicəllənməsi

Təngənəfəslik

Boz çalarlı solğun dəri

Qorxu və dəhşət hissi

Ürəkbulanma

Tədirginlik

Üzdə soyuq tər

Qaytarma

Ürəktutması keçirən insan ilk növbədə sinəsində ağrı hiss edir. Bundan sonra diskmofort hiss boyuna, üzə, əllərə, bəzən isə bel və qarın tərəfə yayılır. Adətən, insan bədənin vəziyyətini dəyişdikdə və ya uzandıqda özünü daha yaxşı hiss edir. Ağrı bir neçə dəqiqədən bir neçə saatadək davam edə bilər.

Ürəktutması zamanı nə etmək lazımdır

Özünüzü ürək xəstəsi saymasanız belə həmişə əliniz altınızda ürək dərmanları saxlayın. Yeri gəlmişkən, üzərində həmişə nitroqliseron və ya valokardin daşıyan ürək çatışmazlığı olan insan, özünü sağlam hiss edən şəxslərdən daha şanslıdır.

Bunu yadda saxlayın: ürək dərmanları həmişə əlinizin altında olmalıdır! Sizə lazım olmasa da kiməsə lazım ola bilər.

Həmişə yanınızda telefon olmalıdır. Ola bilsin ki vəziyyətiniz pisləşdikdə ondan istifadə edə bilməyəcəksiniz. Lakin vaxtında çağrılan həkim həyatınızı xilas edə bilər.

Ağır stres yaşadıqda dərindən nəfəs alın (ürəktutması əlamətləri olmadıqda belə). Sükan arxasına oturmayın. Sakitləşdirici preparatlar qəbul edin.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan