Uroloqdan qorxmamaq üçün nə etmək lazımdır
Kişilər uroloqun kabinetində nədən qorxur? Əlbəttə, palpasiyadan. Və yalnzı bundan yox.

Kişilər uroloqun kabinetində nədən qorxur? Əlbəttə, palpasiyadan. Və yalnzı bundan yox.
Kişi olmağın nə qədər rahat olmasını göstərməyə çalışsaq da. Qadın olmağın öz müsbət tərəfləri var. Məsələn, qadınlar hər gün üz qırxmaq problemi ilə üzləşmir.
Amma bu gün söhbət başqa şeydən – uroloqu ziyarətdən olacaq. Hər bir kişi, uroloqun qəbuluna gedərkən narahat olur. Bunun bir sıra səbəbləri var:
1.Dəhşətli diaqnozu eşitmək qorxusu
Əlbəttə ki, qorxunun əsas səbəbi yaşam ilə bağlıdır. Kəskin ağrı hiss etdikdə bunun müalivə olunaağına inan az kişi tapılar.
Başından ölüm, ağır xəstlik və buna bənzər fikirləri qovmaq isə, əksinə, çətindir. Hamımız həkimə nə qədər tez müraciət etdikdə o qədər yüksək şansımızın olduğunu bilə-bilə, yenə də bunu etmirik.
2. Xəstəlik haqqında həyat yoldaşına (sevgilinə) etiraf etmək qorxusu
Kişilərin gözündə bu çətin yox, utandırıcı məsələdir. Amma əslində bunun heç bir qorxusu yoxdur. Əgər qadın həqiqətən kişini sevirsə, ona baxacaq və olduğu kimi qəbul edəcək.
3. Həkim qorxusu
Sözsüz ki, bir çox insan sadəcə ağ xələtli peşəkarlardan qorxur. Bu olduqca yayqın bir fobiyadır.
4. Özü keçib gedəcək
Siz özünüzə təsəlli verisiniz ki, bir müddətdən sonra ağrılar keçib gedəcək, buna görə də həkim yanına getməyə ehtiyac yoxdur. Bu çox ağılsız bir mövqedir. Əgər ağrılar bir neçə gün ərzində səngimirsə mütləq həkimə baş vurmaq lazımdır. Çünki ağrı bizim orqanizmimizin “alarm sistemidir”. Onu qulaqardına vurmaq tamamilə yanlışdır.
5. Vaxt yoxdur
Sürətli internet çağında, iş, ailə, dostlarla vaxt keçirmək arasında həkimə getmək üçün vaxt tapılmır. Lakin bunu etmək zəruridir. Ehtimal var ki, həkimə sərf edilmiş bir neçə saat sizi uzunmüddətli və ağrılı müalicədən xilas edə bilər.
6. Tibbi cahillik
Penisin üzərində yaşıl rəngli qabarıqlar anormal bir haldır. Bunun səbəbini İnternetdə axtarmaq isə daha da anormaldır. Düşünürük ki, əlavə şərhə ehtiyac yoxdur.






