Son dörd ayda o, boğulmağa başlayıb, çox arıqlayıb və xəstəxanalıq olub.
Gent.az xəbər verir ki, tələbə 58 gün xəstəxanda keçirib. Bu müddətin bir hissəsi reanimasiya şöbəsində keçib.
Həkimlər hətta ona donor orqan köçürməyi düşünüblər.
Böyrklərin işləməməsi bir sıra digər problemlərə səbəb olub. Oğlanın hətta ürəyi dayanıb. Həkimlərin sözlərinə görə, buna səbəb enerji içkilərilin yaratdığı kardiotoksiklik olub.
Enerji içkilərindən istifadə etməzdən öncə tələbənin sağlamlıqla bağlı problemləri olmayıb.
O, dəfələrlə bu içkilərdən imtina etməyə çalışıb, lakin enerji içkisi içməyəndə oğlanda miqren ağrıları, tremor (əllərin əsməsi) və sürətli ürək döyüntüsü yaranıb.
Daha öncə yayılan məlumata görə, Britaniyanın digər sakini gündə 6 banka "Monster Energy" içkisindən içdikdən sonra dişsiz qalıb. Həkim müayinəsi zamanı məlum olub ki, onun bütün dişləri çürüyüb.(big.az)