Dərmanı necə içmək lazımdır ki, tez təsir etsin

Dərmanı nə ilə içdiyin onun bədən tərəfindən necə qəbul edildiyinə təsir edir.

Tibb1 dəq oxu
Dərmanı necə içmək lazımdır ki, tez təsir etsin

Dərmanı nə ilə içdiyin onun bədən tərəfindən necə qəbul edildiyinə təsir edir.

Həbləri spirtli və bir sıra digər içkilərlə qəbul etmək olmaz.

Süd tetrasiklin, analgin, aspirin, ibuprofen və bir sıra başqa iltihaba qarşı qeyri-steroid dərmanların bədənə hopmasının qarşısını alır.

Kofein bədəndən vitaminləri və mineralları, o cümlədən dəmiri, yuyub aparır, bundan əlavə mədədə turşuluq səviyyəsinə təsir edir və bu da dərmanın təsirinə mane olur.

Bu zamanlaradək özünü xeyirli kimi qələmə verən qreyprfrut şirəsinin tərkibində isə dərmanı parçalayan fermentlərə mane olan furanikumarinlər var.

Dərmanı necə içmək lazımdır ki, tez təsir etsin — şəkil 1

Yaxşı xəbər də verək. Bu yaxınlarda alimlər dərmanın insan orqanizminə daha tez təsir etməsi yolunu tapıblar.

Müvafiq araşdırmada 25 könüllü iştirak edib. Onlar 1000 milliqram parasetamol qəbul edirmiş.

Məlum olub ki, həblə müqayisədə isti içki şəklində parasetamol dərman qəbulundan sonra ilk 60 dəqiqə ərzində daha tez təsir edirmiş.

Bunun da səbəbi, parasetamolun soyuq su ilə müqayisədə isti suda əla həll olması ilə bağlıdır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan