İlk baxışdan yuxusuzluğun hansısa növlərinin olmasını ağlına belə gətirməzsən: gözüaçıq uzanıb işə neçə saat qaldığını sayırsan.
Amma alimlər buna başqa cür baxırlar. Niderlandlı həkimlərin yeni tədqiqatının nəticələrinə əsasən yuxusuzluğun beş növü olur və onların hər biri xüsusi yanaşmatələb edir.
Amsterdamın neyrobiologiya İnstitutunun alimləri öz məruzəsini “The Lancet Psychiatry” dərgisində çap ediblər.
Əvvələr alimlər bundan əziyyət çəkən insanlarda biomarker axtarmağa çalışırdı, lakin beynin skan edilməsi hansısa bir xüsusi durum ortaya çıxartmamışdı.
Buna görə də, mütəxəssislər 4 000 könüllünü tədqiq etməli olmuşdular. Qeyd etmək lazımdır ki, tədqiqat zamanı diqqət yuxu ilə bağlı simptomlara, fərdi xüsusiyyətlərə, əhvala, emosiyalara, stresə reaksiyaya verilirdi. Sadalananlaraı nəzərə alaraq alimlər yuxusuzluğun 5 tipini müəyyən etmişdilər:
1 tip
Bu kateqoriyaya yüksək stress və mənfi hisslər səviyyəsinə malik olan insanlar daxil edilir. Belə insanlarda xoşbəxtlik və öz həyatından məmnunluq səviyyəsi çox aşağı olur.
2 tip
Stress və müsbət emosiyalar orta səviyyədə olur
3 tip
Stress səviyyəsi kafidir, lakin müsbət emosiya səviyyəsi aşağıdır.
4 tip
Hal-hazırda stress səviyyəsi aşağıdır, lakin keçmişdə yüksək idi. Yuxusuzluq – orqanizmin keçirilmiş həyəcana və ya neqativ hadisəyə reaksiyasıdır.
5 tip
Yuxunun pozulmasına heç cür təsir etməyən aşağı səviyyəli stress.