Xəstələndiyimiz zaman etdiklərimizin bir çoxu bəyəm boş şey imiş.
Sizə bu zaman etdiklrimiz ən yayqın yanlışlıqları təqdim edirik.
1.Angina zamanı soyuq qida və ya maye qəbul etmək olmaz
Məlum olub ki, soyuq içki və yaxud qida boğazınızdakı bakteriyaların sayı və səhhətinə heç cür təsir etmir. Əksinə, yediyiniz dondurma bədəninizin itirdiyi kaloriləri bərpa edir.
2. Qrip, soyuqdəymə və isitmə zamanı ac qalmaq lazımdır
Əksinə, bu xəstəliklər zamanı ac qalmaq ziyandır. Amma toyuq bulyonu kimi pəhriz yeməyi yesəniz daha yaxşı olar.
3. Kəsilmiş yerlərə hidrogen peroksidi vurmaq lazımdır
Peroksid dərin yaranın sağalmasını yavaşladır və hətta təhlükəli ola bilər. Bu zaman ifraz olunan oksigen damarlara düşüb emboliyaya yol aça bilər.
Ən yaxşısı kəsiyin ətrafına yod sürməkdir.
4. Yüksək temperatur zamanı tərləməklə xəstəlik çıxır
Tərləyərkən maye və mineral ehtiyyatlarınızı bərpa etmirsinizsə bu təhlükəli ola bilər. Çünki mayesiz qalan orqanizm özünü daha pis hiss edir, ürəyə böyük yük düşür, zəiflik artır və hətta ürəkbulanma ola bilər. Buna görə də, duzlu bulyon içmək zəruridir.
5. Mantu peyvəndinin yerini islatmaq olmaz
Qeyd etmək lazımdır ki, 1970-ci illərdə Mantudan öncə Pirke yoxlaması istifadə edilirdi. Bu zaman qolda bir neçə cızıq çərtilib üzərinə tuberkulin maddəsi sürtülürdü.
Maddənin yox olmaması və nəticənin düzgün olması üçün oraya su dəyməməli idi. Lakin sonra tətbiq edilən Mantu peyvəndi dərialtı idi. Lakin nədənsə bu islatmamaq məsələsi insanların fikrindən çıxmamışdı.
6. Zəif işıqda oxumaq, televizora çox yaxın oturub baxmaq olmaz
Bəli, fənər işığında kitab oxuduqda gözlər yorulur. Lakin gözlər istirahət etdikdən sonra normal vəziyyətə qayıdır. Həmçinin televizora yaxından baxmağın mənfi təsirləri barədə hansısa bir dəlil yoxdur.
7. Boğulan adamın belin vurmaq lazımdır
Bəzi hallarda bu kömək edə bilər, çünki öskürək refleksini gücləndirir. Lakin bu zaman boğazda qalan yeməj daha da aşağı düşüb insanın nəfəsini kəsə bilər.
8. Yaş saçlarla papaqsız soyuq havaya çıxsan xəstələnəcəksən
Məlum olub ki, dar havalanmayan məkanda uzun müddət qalmaq virusların yayılmasına daha yaxşı şərait yaradır, nəinki çöldə gəzmək.
9. Yanmış yerə təcili olaraq yağ vurmaq lazımdır
Bu da ən yayılmış yanlı fikirlərdən biridir. Lakin yanıqdan dərahl sonra yağ, yumurta ağı, hətta sidik vurmaq qətiyyən qadağandır. Çünki bu yaranın üzərində nazik qat yaradaraq zədəənmiş səthin soyumasına mane olur. Ən yaxşı məsləhət yanmış yeri 10-15 dəqiqə ərzində soyuq su altında tutmaqdır.
10. Stress və quru yemək mədə yarasına səbəb olur
Əlbəttə, çox nadir hallarda bu stress və quru yemək vərdişi bağırsaqda mədə yarasına yol açan Helicobacter pylori bakteriyasının çoxalması ilə nəticələnə bilər.
Lakin quru yeməklə birgə aspirin kimi dərmanlar qəbul etmək bu riski oldquca artırır. Çünki aspirində olan maddələr mədənin selikli qişasını məhv edir.