Dişlərin tökülməsini sürətləndirən təhlükə

Koronavirusa yoluxduqdan sonra insanın ağız boşluğu və tüpürcək vəzilərinin işi pozulur, bu zaman dişlərin çürüyüb dağılması prosesi daha da sürətlənir.

Tibb1 dəq oxu
Dişlərin tökülməsini sürətləndirən təhlükə

Həkim İrina Makeyeva infeksion xəstəliklərin ağız boşluğunun mikroflorasını pozduğunu bildirib. 

Gent.az xəbər verir ki, sağlamlıq institutunun direktoru bunları deyib:

“Birincisi, xəstə yüksək hərarətdən və əzginlikdən günlərlə dişlərini həmin ərəfədə təmizləmir. İkincisi ağız suyu və tüpürcəyinin tərkibi dəyişir. İnfeksion xəstəlik və viruslar tüpürcək suyunun qurumasına, az hasil olmasına səbəb olur. Nəticədə diş minasının səthi təmizlənmir, dezinfeksiya getmir. Dişlərdə çürümə, kariyesin dərinləşməsi, hətta minanın dağılması sürətlənir.

Eləcə də koviddən sonra diş əti və damar iltihabına rast gəlinir. Əgər koviddən sağalanlarda bu problemlər yaranıbsa, yubanmadan stomatoloqa getməlidir”.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan