Söhbət smartfonun qiymətini gördükdə baş verən ürək tutmalarında getmir.
ABŞ-ın Nyu-Cersi Tibbi Məktəbinin çənə-üz cərrahı Boris Paskhover insanların smartfonlar səbəbindən aldığı zədələrin reytinqini tərtib edib. Bu nəticələri o “Associated Press” KİV-də dərc edib.
Paskhover 1998-ci ildən tutmuş 2017-ci ilədək ABŞ-ın fərqli ştatlarında yerləşən 100 xəstəxananın məlumatlarını təhlil edərək, bu zaman kəsiyi ərzində insanların smartfonlarla düzgün davranmaması nəticəsində 76 mindən çox travma aldığını müəyyən edib.
Araşdırmaçı qeyd edir ki, travmaların sayı 2006-cı ildən sonra sürətlə artıb.
Qeyd etmək lazımdır ki, məhz həmin ildə bazarlarda ilk smartfonlar satılmağa başlamışdı. Adətən bu travmaları gənc insanlar alır: hadisələrdin 40% 13-29 yaşlı insanların payına düşüb.
Həkim bütün hadisələri 3 böyük qrupa bölüb.
1.Uzanaqlı vəziyyətdə alınan zədələr
İnsanlar smartfonun başının üzərində tutarkən üzlərinə salırlar. Məhz bu cür hadisə Paskhoveri qeyd edilən araşdırmanı aparmağa sövq etmişdi. Ona smartfonla burnunu qıran qadın müraciət etmişdi.
2. Smartfon səbəbindən yıxılmaq
İkinci qrupa smartfona başı qarışıb, yıxılaraq və ya hansısa səddlə toqquşaraq ağzı-burnunu dağıdan insanlar daxil edilib.
3. Boynun və ya qolların dartılması
Diqqətsiz smartfon sahiblərinin yalnız üzü xəsarət almır. Paskhover qeyd edir ki, telefonla oynayaraq addımlayan insanlar yıxıldıqda və ya harasa dəydikdə boyun və qollarını da zədələyirlər. Bu qrupda ilk yeri dartılmalar tutur. Bundan əlavə insanların qolları çıxır və hətta qırılır.