EÇS-in dəyişməsi orqanizmdə hər hansı iltihabın olmasını göstərir.
Gent.az xəbər verir ki, terapevtlər və pediatrların halsız, xəstə, qızdırma ilə müraciət edən pasiyentlərin qan analizində önəm verdikləri göstəricilərdən biridir.
Bu müayinə infeksiya daxil olmaqla, kəskin, yaxud, xroniki iltihabın, onkoloji və autoimmun xəstəliklərin diaqnozunun qoyulmasında istifadə olunur. EÇS – həssas, lakin spesifik laborator analizi deyil, belə ki, EÇS-in qanda artması öz-özlüyündə iltihabın məndəyini təyin etməyə imkan vermir; bundan əlavə, EÇS-in artması iltihab ilə əlaqəli olmaya da bilər. Məhz buna görə, EÇS analizi digər müayinələrlə birgə aparılır.
EÇS-in artmasının səbəbləri:
Çox zaman iltihab, yaxud, nekroz ilə əlaqəli hüceyrənin zədələnməsi nəticəsində qana fibrinogen ifraz olunaraq, EÇS-in artmasına səbəb olur.
• iltihabi proseslər
• infeksion xəstəliklər
• ağciyərin iltihabı
• miokard infarktı
• şokdan və əməliyyatdan sonrakı vəziyyət
• geniş travmalar, guçlü əzilmələr, sümük sınıqları
• immunitetin dəyişməsi
• toxumaların nekrozuna səbəb olan qaraciyərin zədələnməsi
• böyrəyin zədələnməsi (nefrotik sindrom)
• şəkərli diabet
• toxumaların onkoloji zədələnməsi nəticəsində toxumalar üçün xarakter olmayan zülalların ifraz olunmas
EÇS –in azalmasının səbəbləri:
EÇS artması ən azı 20 səbəbdən qaynaqlanır.
Qanın formalı elementlərinin nisbətinin, qanda pH-ın (turşulaşma, asidoz) və eritrositlərin öz strukturunun dəyişilməsi EÇS-in azalmasına səbəb olur:
• polisitemya
• oraqvarıhüceyrə anemiyası
• sferositoz
• hiperbilirubinemiya
• hiperhidratasiya
Əgər çox yüksək rəqəmdirsə, həkim onkologiyadan şübhələnə bilər.
EÇS-in qalxmasına səbəb olan problem həkim araşdırıb tapmalı və sonra müalicəyə başlanılmalıdır.(medicina.az)