Alimlər insanın böyüməsinin nədən asılı olduğunu müəyyən ediblər.
20 yaşdan sonra, demək olar ki, böyümək barədə unuda bilərsən. Çünki insan məhz bu yaşadək boy ata bilir. Hər bir insan övladının hündür olmasını istəyir.
Öncədən deyirik ki, bunun üçün səndən iki baş hündür qadınla evlənməyə ehtiyac yoxdur.
Məlum olub ki, insanın böyüməsinin 80% onun genetikası ilə bağlıdır. Lakin qalan 20% başqa amillərdən asılıdır.
Burada ən əsas amil qidadır. Söhbət çox yox, keyfiyyətli qidalanmaqdan gedir. Uşağın böyüməsinə ilk növbədə qida rasionunda kifayət qədər zülal olması təsir edir.
Möcüzəvi məhsullar
Boy atmaq baxımından sehrli qüvvəyə malik olan məhsullar bunlardır: süd, yoqurtlar, pendirlər. Ağartı məhsulları böyüyən orqanizm üçün tələb olunan zülal və kalsiumla doludur.
Bununla bağlı misal qismində hollandiyalıları qeyd etmək olar. Orta əsrlərin başlanğıcında bu xalq olduqca cılız idi. Lakin ölkədə süd sənayesi inkişaf etdikcə və süd məhsulları qidalanma artdıqca onlar dünyanın ən uzunboylu xalqına çevrildilər.
Qeyd etmək lazımdır ki, onların hətta yetkin nümayəndələrinin 99%-i laktozanı həzm edə bilirlər. Məsələn Cənub-Şərqi Asiya xalqlarında, xüsusən Çində əhalinin yetkin kəsimin 93-98% süd içə bilmir.
Başqa
Böyüməyə təsir edən ikinci vacib məhsul yumurtadır. Onun tərkibində zülal və kalsiumla yanaşı, D və B12 vitaminləri mövcuddur.
Bundan sonra dietoloqların fikirləri fərqlənir. Kimisə daha çox qırmızı ət, digərləri balıq, başqaları yaşıl lobya və badam yeməyi məsləhət görür.
Vacib olan daha iki amil
Böyümək üçün zəruri olan daha iki amil – yuxu və fiziki fəallıqdır. Birincisi yeyilən resursları rahat həzm etməyə, ikincisi boy atmağa lazım olan hormonların yaranmasına şərait yaradır. Uşaqlar 10, yeniyetmələr isə 8-10 saat yatmalıdır. İdman isə əzələləri inkişaf etdirir.