Bəli
Araşdırmaya əsasən, həftə gecələr ayıq qaldıqdan sonra qlükozanın requlyasiyası pozulur və metabolizmdə dəyişikliklər baş verir. Bu da gələcəkdə ikinci tip diabetə və piylənməyə aparır.
Xeyr
Bizim mərkəzi sinir sistemimiz güclü uyğunlaşma qabiliyyətinə malikdir. Bu səbəbdən də biz insanlar illərlə gecələr keyfiyyətli şəkildə işləməsinin şahidi oluruq.
Verdikt: zərərli deyil
Gecə növbələrində işləməklə bağlı yuxu pozğunluğu izah edən “shift work sleep disorder” adlı termin var. Lakin gecə işləyənlərin yalnız 1/3 ondan əziyyət çəkir.
Əgər kifayət qədər yata bilirsənsə və gecə vaxtı işləməyə öyrəşmisənsə heç bir zərər yoxdur. Daha doğrusu bunu sübut edən araşdırma və ya mütəxəssis rəyi yoxdur.