Koronavirusdan sağalan kişilərin sperm keyfiyyəti yoxlanıldı – Dəhşətli nəticə

Yeni kovid infeksiyasına yoluxub, xəstəliyi orta ağır və yüngül keçirən kişilərin sperm vəziyyəti analiz edilib.
Gent.az xəbər verir ki, italiyalı alimlərin yeni elmi araşdırması “İnsan reprodukasiyası” beynəlxalq dərgisində çap olunub.
Belə ki, virusa yoluxub sağalan 25% kişidə oliqo, kripto və ya azospermiya, yəni spermin say və keyfiyyətinin heç olmaması qeyd olunub.
Azosperm – toxum mayesində spermatozoidlərin tamamilə yoxa çıxması, olmamasıdır.
Kriptozosoermiya – smermatozoidlərin kritik həddə düşməsi patologiyasıdır.
Təcrübə 43 seksual aktiv gənc və orta yaş kişilər seçilib. Onlardan sidik, ağız suyu, smepm analizləri aparılıb.
Bütün kişilər erektil funksiyaları barədə anket məlumatı doldurublar.
43 nəfərin 11-də sperma patologiyası aşkarlanıb. Onlardan 8-də azospermiya, 3 nəfərində oliqospermiya aşkarlanıb.
33 pasiyentdə toxum mayesində İL -8 səviyyəsində patoloji dəyişikliklər görülüb.
SARS CoV-2 genomu pasiyentlərin bioloji materiallarında- ağız suyu. sidik və spermində 11%də aşkar olunub.
50% kişidə cinyyət üzvləri və sidik kanalının iltihabı aşkarlanıb.
Beləliklə, alimlər koviddən sağalan kişi pasiyentlərin sonradan ən azı 6 ay ərzində reproduktiv funksiyalarını və sperm parametrlərini yoxlatmağı, həkim müayinəsindən keçməyi tövsiyə edir.






