Hansı kişilər daha erkən prostatit olur?

Əvvəllər prostatit 50 yaşından yuxarı və daha yaşlı kişilərdə aşkarlanırdısa, indi cavan və orta yaşlı kişilərdə də çox rast gəlinir.

Tibb1 dəq oxu
Hansı kişilər daha erkən prostatit olur?

Prostatit həm də bir peşə xəstəliyidir.

Elə peşələr, sahələr var ki, orda çalışan kişilər daha tez prostatit ola bilər. Yəni, iş və maaşla bərabər prostatit kimi xəstəliyi də qazanan kişilərin sayı az deyil.

Gent.az risk qrupuna daxil olanları araşdırıb.


Həkimlər


Gecə növbələri, stress, yuxu pozulması, az hərəkətlilik, zərərli vərdişlər, qeyri-düzgün qidalanma həkim kişilərdə erkən prostatitə səbəb olur. Maraqlısı odur ki, həkimlər özləri də simptomları, səbəbləri bilsələr də, təhlükə siqnallarına vaxtında fikir vermir, kolleqa uroloqlara müraciət etmirlər. Buna onların vaxtı da olmur. Prostatit xroniki formaya keçir, bundan sonra mürəkkəb müalicələr başlayır.


Ofis işçiləri – dizaynerlər, redaktorlar, bank işçiləri və s.

Oturaq işdə orda qan dövranı pozulur


Bir sözlə, kompüter qarşısında günün 10 saatını əyləşən bütün peşə sahibləri kresloya əyləşməkdən prostat vəzini vaxtından əvvəl sıradan çıxarırlar. Prostat vəzi istini, hərəkətsizliyi sevmir. 


Sürücülər


Avtobus, taksi sürücüləri də qeyri-düzgün qidalanma, yorğunluq, oturaq həyatdan nəinki prostatit, həmçinin varikoz, ostexondroz, hemorroy da qazanırlar.

Hansı kişilər daha erkən prostatit olur? — şəkil 1


İdmançılar


İdman sağlamlıqdır. Amma bir çox idman növləri ilə peşəkar məşğul olanlarda – xüsusən velosipedçilərdə kiçik çanaq orqanları zədələnir. Üzgüçü, serferlərdə nəmişlik və soyuqdan cinsiyyət və uroloji orqanlarda erkən problemlər baş qaldırır.


Ona görə də bu peşə sahibləri digərlərinə nisbədən öz cinsi sağlamlıqlarına ciddi yanaşıb, ildə bir dəfə uroloq müayinəsindən prostatitə görə keçməlidirlər.

Prostatitdə özbaşına müaicələrə vaxt sərf etməyin.


Oturaq işdə çalışanlar daha aktiv həyat keçirməli, çox gəzməli, qaçmalı, sağlam qidalanmalıdırlar.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan