Bu ölkədə bakirəliyin tibbi yoxlanılması — Qadağan edildi
Qızlarda bakirəliyin pozulub-pozulmadığını təsdiq etmək üçün keçirilən standart tibbi ginekoloji baxış, eləcə də qızlıq pərdəsinin əməliyyatla bərpası Böyük Britaniyada bütün xəstəxanalarda rəsmi olaraq qadağan olunur.

Britaniya çoxmillətli dövlətdir...
Gent.az xəbər verir ki, yerli hakimiyyət bu müayinələrin qadınların dini fanatistlər tərəfindən öldürülməsinə səbəb olar biləcəyini açıqlayıb.
Bəzi regionlarında hələ də qatı dindar ailələr var ki, onlar qızlarını bakirəlik səbəbindən öldürə bilər.
İngiltərə və Uelsdə 1 aydan sonra qızların bakirəliyinin istər tibbi, istərsə də hansı üsulla olursa-olsun yoxlanılması kriminal cinayət hesab ediləcək.

Qeyd edək ki, qızlarda bakirəlik testi təkcə cinsi əlaqə və zorlamaya şübhə zamanı yox, bir çox qəza, travma, idman oyunları nəticəsində zərbələrdən sonra da yoxlanılırdı.
Həkimlər bildirir ki. qızlıq pərdəsi bəzi hallarda anatomik olaraq anadangəlmə də olmaya bilər. Bu o demək deyil ki, qız kimləsə mübasibətdə olub.
ÜSY hesab edir ki, bakirəliyin yoxlanması qadın haqqlarının pozulmasıdır və dövlətlər bununla mübarizə aparmalıdır.







