Araşdırmanın gözlənilməz nəticələri: Spirtli içkilərdən imtina xəstəliyə səbəb ola bilər

Tibb1 dəq oxu
Araşdırmanın gözlənilməz nəticələri: Spirtli içkilərdən imtina xəstəliyə səbəb ola bilər

Avropalı alimlər müəyyən ediblər ki, spirtli içkilərdən imtina edən və ya həftədə 140 qramdan çox alkohol qəbul edən şəxslər qocaldıqda kəmağıllıqdan əziyyət çəkirlər.

Bu nəticəni almaq üçün onlar 33 il çəkən genişmiqyaslı araşdırma aparıb. Burada 35-55 yaş arası 9 087 insan iştirak edib.

Artıq 23 ildən sonra orta yaşı 76 olan 397 nəfərdə demensiya müşahidə edilib.

Məlub olub ki, həftədə 140 qram və daha çox spirtli içki içmək yaşlaşdıqda kəmağıllığa düçar olmaq riskini 17% artırır.

Maraqlı olan odur ki, həmin aqibəti tatamilə spirtli içkilərdən imtina edən şəxsləri də gözləyə bilər.

Alimlərin gəldiyi fikrə görə, həftədə 10-140 qram spirtli içki qəbul etmək beyini demensiyadan qoruyur. Lakin bununla belə alkoholun digər ziyanlarını yaddan çıxartmaq lazım deyil.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan