Ürəklə bağlı kişilər üçün daha çox təhlükəli olan risk faktorları
Ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə geniş yayılıb.

Statistikaya görə, bütün ölümlərin yarısı və əlilliyin üçdə biri ürək-damar xəstəliklərilə bağlıdır.
Gent.az xəbər verir ki, ürək-damar xəstəliklərindən ölüm səbəbləri arasında birinci yeri ürəyin işemik xəstəliyi (ÜİX) təşkil edir (təxminən 50%-i).
Daha çox kişilərdə rast gəlinir
Aşağıdakılar ürək xəstəlikləri üçün risk faktorları hesab olunur:
• Zərərli vərdişlər (tütün, alkoqol)
• Piylənmə, xüsusən qarın nahiyəsində
• Fiziki aktivliyin az olması
• Yanlış qidalanma
• İrsi meyillik
• Yanaşı gedən xəstəliklər, diabet, hipertenziya
ÜİX-nın əsas siptomları:
• Təngnəfəslik
• Angina pectoris (döş sümüyü arxasında ağrı)
• Hipertenziya
• Aritmiya və s.







