Bədəndəki xalların melodiyasını yaradan sayt hazırlandı
Rusiyada insanın öz bədəninin musiqisinə qulas asa biləcəyi maraqlı sayt istifadəyə verilib.

Musiqi bədəndəki xalların xalların fonundan yaradılır.
Gent.az xəbər verir ki, istifadəçi sayta bədəninin xallar olan hissəsinin fotosunu yükləyib, xüsusi proqram vasitəsilə yalnız öz bədəninə məxsus unikal melodiyanı dinləyə biləcəksiz.
Bu proqram melanoma adlı dəri xərçəngini sistematik yoxlamaq və təhlükəli həddə çatdıqda insanı xəbərdar etmək məqsədi daşıyır.
“Layihənin konsepsiyası xallara görə notların seçilməsidir. Hər xal bir notla assosiasiya olur. Onları birləşdirəndə unikal musiqi əsəri yaranır.
Notlara qulaq asdıqca, hər xalının vəziyyətini izləyə bilirsən- deyə təsisçilər bildirir.
Sayta xallarının fotosunu yükləmək kifayətdir. Eləcə də sizə dərinizin vəziyyətinin ekspress testi də təklif olunur.








