Yeni virus yayıldı - Balıq yeməklə yoluxur?

Tibb1 dəq oxu
Yeni virus yayıldı - Balıq yeməklə yoluxur?

Braziliyanın Amazonas ştatında 50-dən çox insan "Haff" xəstəliyinə yoluxma səbəbilə bağlı həkimə müraciət edib.

Unikal.org xəbər verir ki, xəstəliyin xarakterik simptomu sidiyin qaralmasıdır. Sözügedən xəstəliyə ilk yoluxma halı avqustun 20-də aşkar edilib.

Qeyd edək ki, bu, ölkədə artıq üçüncü yoluxmadır. Sonuncu yoluxmada ölüm hadisəsinin də qeydə alındığı bildirilib. 

Xəstələr simptomlar başlamazdan az əvvəl balıq yediklərini bildiriblər. Lakin səlahiyyətlilər xəstəliyin digər mümkün səbəblərinin olacağını da istisna etmir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan