Arıqlatmaq əvəzinə xərçəng yaradan çaylar
Bir çox xanımlarımız artıq çəkidən əziyyət çəkir və daha tez arıqlamaq istəyirlər.

Bunu isə təbii yolla deyil, müxtəlif dərman və çaylar vasitəsiylə etməyə çalışırlar.
Bəs bu cür arıqlamaq nə dərəcədə düzgündür? Arıqladıcı vasitələr təhlükəli deyilmi?
Gent.az diyetoloq Ofelya Tahirovanın fikirlərini diqqətinizə çatdırır:
"Birmənalı olaraq, mən hər bir arıqlama dərmanına qarşıyam və fikrim çaylarla bağlı dəyişməz olaraq qalacaq. Çay və dərmanlar arıqlamaq üçün heç də yaxşı vasitə deyil. Əminliklə deyə bilərəm ki, bu vasitələr orqanizmdə saysız-hesabsız xəstəliklərin yaranma səbəbinə çevrilə bilir. Qeyd edim ki, belə çaylar bağırsaq mikroflorasını tamamilə yuyub sıradan çıxardır və gələcəkdə bağırsaq xərçəngi riskini yüksəldir.

Onlardan istifadə edərkən insan bədənindən müəyyən qədər maye xaric olduğu üçün insanlar tərəzidə artıq bir neçə kiloqram getdiyini görüb, sevinirlər və arıqladıqlarına sevinirlər. Bu vasitələri satanlar insanları arıqlamanın sağlam yolla baş verdiyinə inandırırlar. Lakin bu çayların çox böyük fəsadları var və onların istifadəsi gələcəkdə bir sıra xəstəliyə səbəb ola bilər.
Bu vasitələrin istifadəsini dayandırdıqda həmin adamların çəkisi artıqlamasıyla qayıdıb: 5 kq arıqlasalar da, qısa zamanda 15 kq kökəliblər.
Bu çayların tərkibindəki mənşəyi bilinməyən qida maddələri (dərmanlar) orqanizmdə hormonal pozuntulara səbəb ola bilir. Nəticədə, çaydan sonra artan çəki çox çətinliklə azalır, metobalizm zəifləyir, mədə-bağırsaqda xəstəliklər yaranır.
10 xəstəmizdən 8-i o çaylardan istifadə edib və peşman olub
Xanımlara və bəylərə tövsiyə edirəm ki, 5-10 kq kökəldikdə dərhal ev şəraitində özləri arıqlasın. Belə halda çəki də rahat gedir. Mütəxəssisə müraciət etmək üçün 30-40 kq kökəlməyi gözləməyin. Öz sağlamlığınızı heç vaxt ucuz tutmayın. Sağlamlıq pozulduqda geri qaytarmaq insanları maddi və mənəvi cəhəddən çox yorur. Artıq çəkiniz varsa, peşəkarlara müraciət edin, həkim məsləhəti alın, diyetoloqun yazdığı pəhriz proqramından istifadə edib sağlam şəkildə arıqlayın.
Çayların üzərində "Sağlam şəkildə arıqlayın" yazısına, marafonlara aldanmayın. Çünki ilk növbədə daxili problemlər araşdırılmalıdır, daha sonra fərdi şəkildə orqanizmə uyğun olaraq çəki tənzimlənməlidir".(big.az)






