Siqaret dumanında da xərçəng yaradan maddələr var

Siqaret dumanında toksiki və kanserogen olan 4800 dən çox maddə var.

Tibb1 dəq oxu
Siqaret dumanında da xərçəng yaradan maddələr var

Dumanın nəfəslə alınması zamanı bu toksinlər ağ ciyərlər tərəfindən sorulur və bütün bədənə yayılır.

Gent.az xəbər verir ki, tütün istifadəsi təkcə tənəffüs sistemi deyil, bütün orqan və toxumalara ziyan vurur.

- Tənəffüs sistemi - Siqaret dumanı tənəffüs yollarının iltihabına səbəb olub, bronxları zədələyir və infeksiyaya yoluxma riskini artırır. Periodik siqaret çəkənlərdə nəfəs darlığı, xronik öskürək və bəlğəm şikayətləri olur.

- Qan damar sistemi - Siqaret çəkənlərdə damar sərtliyi artır, qanın oksigenlə doyması azalır, zərərli xolesterin dediyimiz LDL miqdarı artır və bu da aterosklerotik ərplərin yaranmasına səbəb olur. Nəticədə damarlar daralır, Mİ, periferik damar xəstəlikləri riski artır.

- Sinir sistemi - damarlarlarda gedən dəyişikliklər mərkəzi sinir sisteminə də mənfi təsir göstərir.Alzheirmir və depressiya riskini artırır.

- Dəri- Siqaretin tərkibində olan nikotin dəriyə gedən qan dövranını zəiflədir, nəticədə, solğun, incə, turqoru zəif, qocalmış dəri görünümü ortaya çıxır.

- Diabet- şəkərli diabet tip 2 öz özlüyündə damarları zədələyir. Bununla birlikdə siqaret istifadəsi 2 qat damar patologiyalarını artırır.

- Siqareti tərgitmək ilk növbədə psixoloji prosesdir və güclü, iradəli motivasiya istəyir.

- Bədənin zərərli maddələrdən təmizlənməsi, siqaretə ikrah hissinin yaradılması üçün bioloji tənzimləmə müalicə üsulu əvəzsiz, müsbət nəticəli üsuldur.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan