90 faiz kişinin əlində olan bu ləkə nədir?

Yüzlərlə kişi əlinə baxaraq barmağında bu izin olmasını görüb həyəcanlanır.

Tibb2 dəq oxu
90 faiz kişinin əlində olan bu ləkə nədir?

Məndə də var” yazıb əlinin şəklini paylaşanlar az deyil.

Gent.az xəbər verir ki, bu suallar bir neçə ildir sosial şəbəkələrdədir. Bu haqda ilk dəfə jurnalist Oleq Kaşin tvitt paylaşıb. O, özündə 2 çapıq taparaq, əlinin şəklini çəkib və "Əksər kişilərdə olması güman edilir. Sizdə də varmı?” deyə yazıb.

Bu tviti bir çox insanlar paylaşıb və qısa müddətdə minlərlə kişi barmağına baxıb, çapıq aşkar edib və əllərinin fotolarını bölüşüb. Və ardınca bu status Azərbaycana da ayaq açıb.

Həqiqətənmi bütün kişilərin sol əlinin şəhadət barmağında çapıq olmalıdır?

Bu fakt tam təsdiqini tapmayıb. 2014-cü ildə Beynəlxalq tibbi jurnalda aparılan araşdırma belə bir nəticəni ortaya qoyub. Alimlər bilək və barmaqlarında çapıq rast gəlinən insanları tədqiq edib. Nəticədə kişilərin yarıdan çoxunda sol əldə sağa nisbətən 2 dəfə çox çapıq rast gəlindiyi aşkar edilib.

90 faiz kişinin əlində olan bu ləkə nədir? — şəkil 1

Qadınlarda isə hər iki əldə çapığa rast gəlinib. Daha çox sol əlin şəhadət barmağının orta hissəsində çapıq olduğu da məlum olub. Araşdırma nəticəsində məlum olub ki, solaxaylar sağ əl və barmağı daha çox zədələyir, sağ əllilər isə sol əli zədələyir.

Oğlan uşaqları hələ erkən yaşdan, 4-6 yaşından daş-kəsək, müxtəlif kəsici alət, velosiped, raqatka ilə təmasda olur. Kəsici alətlə nəsə düzəldirlər. Adi velosipedin zənciri də kəsicidir. Bütün bu oyunlar, vərdişlər, kəsici alətlər ilə ehtiyatsız davranmalar şəhadət barmaqda mütləq bir kəsik izi qoyur. Bir əşyanı solla tutub, sağ əllə kəsmək, yonmaq, vurmaq kimi hərəkətlər edildiyindən zərbə altında sol əlin şəhadət barmağı qalır.

Uşaq böyüdükcə həmin hadisələri unudur. Amma bir gün "Sol əlinə bax, səndə də çapıq var?” sualı rastına çıxanda, həqiqətən əlində keçmişin izinə rast gəlir. Amma bunu nə vaxt necə etdiyini heç xatırlamır da.

Digər variantlardan biri də əksər uşağın əlini ağzına aparıb gəmirməsi və barmağını dişlərinin arasında sıxması göstərilir.

Lakin sol əldə barmaqda çapıq olmasının kişilik, yəni cinsi həyata təsiri ilə bağlı yazılan fikirlər sadəcə cəfəngiyyatdır. Barmağında çapıq olmayan kişi ilə çapıq olan kişi eynidir. Bu cür məlumatlara qətiyyən inanmayın.(Bir Bax kanalı)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan