Hər gün ürək bulanmasının səbəbi nədir?
Çox rast gəlinən bu simptom artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil.

İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir.
Gent.az tez-tez, hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini təqdim edir.
- Mədə-bağırsaq traktında – qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə
- Ağır, quru və qızardılmış yeməklərdən sonra ürəkbulanma – öd və öd yollarının problemi, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralar
- Hipertonik kriz – arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur
- Səhər tezdən qalxan kimi ürəkbulanma öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur
- Baş ağrısı ilə yanaşı ürəkbulanma – miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur
- Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər
- Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur.
- Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma olur
- Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır.(medicina.az)






